...

Hindistan tankerləri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib

Dünya xəbərləri Materials 29 Mart 2026 19:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistana mayeləşdirilmiş təbii qaz daşıyan daha iki tanker Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.

Trend xəbər verir ki, bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyi məlumat yayıb.

Məlumata görə, “BW TYR” tankerinin martın 31-də Mumbaya, “BR ELM” tankerinin isə aprelin 1-də Nyu-Manqalor limanına çatacağı gözlənilir.

Qeyd olunub ki, regionda Hindistan gəmilərinin və dənizçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür və son 24 saat ərzində onların iştirakı ilə hər hansı insident qeydə alınmayıb.

Hazırda Fars körfəzinin qərb hissəsində Hindistan bayrağı altında 18 gəmi və 485 hindistanlı dənizçi qalır.

Xatırladaq ki, bu həftənin əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazından keçidin dost ölkələr üçün açıq olduğunu bildirib və Çin, Rusiya, Hindistan, İraq və Pakistan gəmilərinin keçidinə icazə verildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti