...

Əfqanıstanda baş verən daşqınlar 17 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 29 Mart 2026 22:59 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın müxtəlif bölgələrində müşahidə olunan güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin sözçüsü Yusuf Hammad məlumat verib.

Bildirilib ki, əlverişsiz hava şəraitinin yaratdığı fəsadlar nəticəsində 26 nəfər xəsarət alıb. Axtarış-xilasetmə tədbirləri davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

Təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzi və şimal-qərb bölgələrinə təsir göstərib.

Hammadın sözlərinə görə, güclü hava şəraiti 147 evin tam və ya qismən dağıdılmasına, 80 kilometr yolun sıradan çıxmasına, həmçinin kənd təsərrüfatı sahələrinə, suvarma sistemlərinə və müəssisələrə zərər vurub.

Meteoroloqların proqnozuna əsasən, leysan yağışlar davam edəcək və ölkənin şərq və mərkəzi hissələrində yeni daşqınlar baş verə bilər.

Xəbər lenti

Xəbər lenti