Bakı. Trend:
Dünya bazarında "Brent" markalı neftin qiyməti 115 dolları keçib.
Trend xəbər verir ki, bu barədə Londonun ICE birjasının ticarət məlumatlarında qeyd olunub.
Məlumata görə, "Brent" nefti bir barel üçün 115 dollar həddini ilk dəfə 2026-cı il martın 19-dan sonra ötüb.
Bakı vaxtı ilə saat 02:15-ə olan məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti 2,74 % artaraq 115,65 dollara çatıb.
Saat 02:25-ə qədər artım yavaşlayıb və kotirovkaları 115,40 dollara çatıb (2,51 % artım).