...

Sumqayıtda mebel sexində yanğın olub (VİDEO)

Hadisə Materials 30 Mart 2026 10:50 (UTC +04:00)
Sumqayıtda mebel sexində yanğın olub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 750kv.m olan mebel sexinin yanar konstruksiyaları 70kv.m sahədə yanıb. Sexin böyük hissəsi, içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti