...

"Tottenhem"in yeni baş məşqçisi o olacaq

İdman Materials 30 Mart 2026 16:00 (UTC +04:00)
"Tottenhem"in yeni baş məşqçisi o olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, komandanı Roberto De Zerbi çalışdıracaq. İtaliyalı mütəxəssislə 5 illik müqavilənin imzalanacağı gözlənilir.

De Zerbinin maaşı mövsümdə 13,8 milyon avroya çatacaq. Bununla da o, Premyer Liqada yalnız Xosep Qvardiola və Mikel Artetadan geri qalacaq.

Xatırladaq ki, De Zerbi fevralın əvvəlində Fransanın "Marsel"dən istefaya göndərilib.

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirir. Komanda 31 turdan sonra 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. London klubu 18-ci yerdə olan “Vest Hem”i cəmi 1 xal qabaqlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti