İntensiv yağışlarla əlaqədar 547 nəfər təxliyə edilib (VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 30 Mart 2026 19:41 (UTC +04:00)
İntensiv yağışlarla əlaqədar 547 nəfər təxliyə edilib (VİDEO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Görülmüş tədbirlər nəticəsində 108-i azyaşlı olmaqla ümumilikdə 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

xxx

11:23

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində davam etdirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 75-i azyaşlı olmaqla ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Bildirilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN- in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti