Bakı. Trend:
Fransada sürücülər ölkə üzrə yüzlərlə benzin stansiyasında yanacaq çatışmazlığı yaşandığını bildirirlər.
Trend xarici KİV-ə istinadən xəbbər verir ki, sürücü bildirişlərinə əsaslanan və stansiyaların cari vəziyyətini göstərən “penurie.mon-essence.fr” saytının məlumatına görə, ölkədə 32 stansiya tam xidmət verə bilmir.
Həmçinin 261 stansiyada müəyyən yanacaq növlərinin tədarükündə problemlər müşahidə olunur.
27 martda, tam və ya qismən xidmət dayandırmış stansiyaların sayı təxminən 200 idi, bu gün isə bu rəqəm 300-ə yaxınlaşıb.
Yanacaq çatışmazlığı ABŞ və İsrailin İranla münaqişəsi səbəbindən Hörmüz boğazının faktiki olaraq bağlanması ilə əlaqələndirilir.
Fransa hökuməti yanacaq qiymətlərindəki artımın yol açdığı çətinlikləri azaltmaq üçün yol nəqliyyatı, balıqçılıq və kənd təsərrüfatı sektorlarında təsirlənmiş sahələr üçün 70 milyon avroluq yardım paketi açıqlamışdı. Lakin yol nəqliyyatı sektoru işçiləri bu yardımın kifayət etmədiyini bildirilər. Onlar Paris daxil olmaqla bir neçə şəhərlərdə etiraz aksiyaları keçirməyi planlaşdırırlar.
