...

Avstraliya yanacaq təminatını gücləndirmək üçün qanunvericiliyə dəyişiklik edəcək

Dünya xəbərləri Materials 30 Mart 2026 07:12 (UTC +04:00)
Avstraliya yanacaq təminatını gücləndirmək üçün qanunvericiliyə dəyişiklik edəcək

Bakı. Trend:

Avstraliya hökuməti Yaxın Şərqdəki gərginlik fonunda əlavə yanacaq tədarükünü təmin etmək məqsədilə enerji təhlükəsizliyi ilə bağlı qanunlara dəyişiklik etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Baş nazir Entoni Albaneze açıqlama verib.

Onun sözlərinə əsasən, hökumət fasiləsiz işləyir və yanacaq ehtiyatlarının artırılması üçün təcili addımlar atmağa hazırlaşır.

Albaneze bildirib ki, dövlət özəl şirkətlərin yanacaq alışına zəmanət verəcək yeni mexanizmlər formalaşdıracaq və təchizatçıların üzləşdiyi riskləri kompensasiya edəcək.

Bu məqsədlə “Export Finance Australia” agentliyinin səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Baş nazir vurğulayıb ki, mövcud ehtiyatlar qısa müddətdə sabit qalsa da, İranla bağlı uzunmüddətli qarşıdurma bazara təzyiqi artıra bilər.

O qeyd edib ki, münaqişə nə qədər uzansa, nəticələri də bir o qədər ağır olacaq.

Parlamentin bu dəyişiklikləri bu gün müzakirəyə çıxarması gözlənilir.

Xəbər lenti

Xəbər lenti