...

İtaliyada məşhur rəssamların əsərləri oğurlandı

Dünya xəbərləri Materials 30 Mart 2026 06:36 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Parma bölgəsində yerləşən Maqnani-Rokka Fondunda (özəl muzeydə) böyük oğurluq hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, hadisə bir neçə gün sonra aşkar olunub.

Oğurlanan əsərlər sırasında Pyer-Oqüst Renuarın “Balıqlar”, Anri Matisın “Terrasda odaliska” və Pol Sezanın “Albalı ilə natürmort” əsərləri yer alır.

Məlumata əsasən, naməlum şəxslər muzeyə daxil olaraq əsərləri qısa müddətdə oğurlayıb və heç bir iz qoymadan ərazini tərk ediblər. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti