...

Tuvada 4,2 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 30 Mart 2026 05:21 (UTC +04:00)
Tuvada 4,2 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Rusiyanın Tuva Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə region üzrə FHN-in mətbuat xidməti məlumat yayıb.

Yeraltı təkanlar martın 30-da gecə saatlarında Kızıl rayonunda, Çerbi kəndindən 46 km şimalda qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti