Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Kubaya humanitar məqsədlərlə neft göndərilməsinə qarşı olmadığını açıqlayıb.
Trend xəbər verir ki, o, bu barədə jurnalistlərə danışıb.
“Hazırda hər hansı ölkə Kubaya neft tədarük etmək istəyirsə, buna etirazım yoxdur. Bunun Rusiyanın olub-olmamasının da fərqi yoxdur. Bu məsələ məni ciddi şəkildə narahat etmir”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, söhbət humanitar xarakterli tədarüklərdən gedir və ABŞ bu məsələdə sərt mövqe sərgiləmir.