Bakı. Trend:
Martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,
gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər
bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti olacaq.
Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq
ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Axşam əksər
rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
