...

İranın NPT-ni tərk etməsinin vaxtı gəlib çatıb – Parlamentari

Dünya xəbərləri Materials 30 Mart 2026 09:48 (UTC +04:00)
İranın NPT-ni tərk etməsinin vaxtı gəlib çatıb – Parlamentari
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişi (NPT) tərk etməsinin vaxtı gəlib çatıb.

Trend-in məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Brucerdi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, yaranan şəraitə görə, İranın NPT-də qalmasının artıq mənası yoxdur.

Brucerdi deyib ki, İran parlamentinin deputatlarının əksəriyyətində artıq bu fikir formalaşıb ki, baş verən hadisələrdən sonra İranın yüksək səviyyədə məhdudiyyətləri qəbul etməsi üçün hər hansı səbəb yoxdur.

“İran atom bombası ardınca deyil. Lakin ölkənin həm qaydalara riayət etməsi, həm də bombardman edilməsi bir-birinə uyğun gəlmir”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti