...

Bakı-Ələt-Astara magistralının bir hissəsi yararsız hala düşdü - Əraziyə xüsusi texnika cəlb olunub

Gündəm Materials 30 Mart 2026 15:14 (UTC +04:00)
Bakı-Ələt-Astara magistralının bir hissəsi yararsız hala düşdü - Əraziyə xüsusi texnika cəlb olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Ələt-Astara magistral avtomobil yolunun Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyü yararsız hala düşüb. Sosial şəbəkələrdə yolun vəziyyətini göstərən görüntülər paylaşılıb.

Mövzu ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlib.

Məlumata görə, mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb olunub. Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Ərazidəki işlərin qısa müddət ərzində tamamlanacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti