...

Azərbaycan millisi növbəti oyununa çıxır

İdman Materials 30 Mart 2026 10:04 (UTC +04:00)
Azərbaycan millisi növbəti oyununa çıxır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan millisi bu gün "FIFA Series – 2026" beynəlxalq turnirində ikinci oyununa çıxacaq.

Trend xəbər verir ki, komanda Syerra Leone yığması ilə qarşılaşacaq.

Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Oyun saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib.

FIFA Series-2026

30 mart 19:00.

Azərbaycan – Syerra Leone

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti