...

ABŞ və İran vasitəçilər vasitəsilə danışıqları davam etdirir

Dünya xəbərləri Materials 30 Mart 2026 18:25 (UTC +04:00)
ABŞ və İran vasitəçilər vasitəsilə danışıqları davam etdirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İran vasitəçilər vasitəsilə mesaj mübadiləsi aparır və əlaqələrini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Qətərin "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp "diplomatiyaya və nəticə əldə etməyə üstünlük verir".

Eyni zamanda, M.Rubio vurğulayıb ki, Vaşinqton "İrana gələcəyə fərqli baxışı olan insanlar rəhbərlik edəcək" ssenarisini alqışlayır. "Əgər belə bir fürsət yaranarsa, biz bundan yararlanacağıq", - deyə ABŞ dövlət katibi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti