Xocalı. Trend:
Xocalı rayonunda yol-nəqliyyat hadisəsi zamanı ANAMA əməkdaşı həyatını itirib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, Elnur Rüstəmov idarə etdiyi yük avtomobili ilə Xocalı rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb və sürücü hadisə yerində dünyasını dəyişib.
Bildirilib ki, E.Rüstəmov əslən Füzuli rayonundandır və ANAMA-da sürücü vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
