...

Kanadada “31 mart - Azərbaycanlıların Soyqırımi Günü” və “Aprel döyüşləri”nin ildönümünə həsr olunan tədbir keçirilib (FOTO)

Siyasət Materials 30 Mart 2026 21:18 (UTC +04:00)
Kanadada “31 mart - Azərbaycanlıların Soyqırımi Günü” və “Aprel döyüşləri”nin ildönümünə həsr olunan tədbir keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

29 mart 2026-cı il tarixdə, Azərbaycan Respublikasının Kanadada Səfirliyi və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” və “Aprel Döyüşlərinin” 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə, Səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı Ottavada təhsil alan tələbələr də iştirak ediblər.

Kanada Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Vüsal Süleymanov ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımları barədə məlumat verib, “Aprel döyüşlərinin” Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb. V.Süleymanov çıxışında həmçinin Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri, regionda sülhün və sabitliyin təmininə yönəlmiş siyasəti barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra çıxış edən məktəbin müəllimələri Vüsalə Əhmədova və Ülviyyə Rəhimova xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışlb, “Aprel döyüşləri”nin Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı olduğunu bildirib.

Tədbir zamanı Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilmiş, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti