...

Özbəkistandan Azərbaycana gətirilən arılar yoxlanıldı: nəticə məlum oldu

Gündəm Materials 31 Mart 2026 15:08 (UTC +04:00)
Özbəkistandan Azərbaycana gətirilən arılar yoxlanıldı: nəticə məlum oldu
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bir neçə gün əvvəl sosial şəbəkələrdə gənələrlə yoluxmuş arıların Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda qeyd olunurdu ki, Özbəkistandan ölkəyə Tropilaelaps gənəsi ilə yoluxmuş arı ailələri idxal edilib və bu parazit arıların inkişafına ciddi zərər vurur.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Özbəkistandan bal arılarının idxalı ilə bağlı ilk dəfə müraciət daxil olub.

Qurumdan verilən məlumata görə, idxal olunan ilk partiya laborator müayinələrə cəlb edilib və aparılan sınaqların nəticələrinə əsasən, nümunələrdə hər hansı gənə və ya parazitoloji xəstəlik aşkarlanmayıb.

Agentlikdən əlavə edilib ki, hazırda mövcud qanunvericiliyə uyğun olaraq müvafiq prosedurlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti