...

İsveçdən Azərbaycana qoyulan investisiyaların həcmi əhəmiyyətli dərəcədə artıb

İqtisadiyyat Materials 31 Mart 2026 18:18 (UTC +04:00)
İsveçdən Azərbaycana qoyulan investisiyaların həcmi əhəmiyyətli dərəcədə artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə İsveçin Azərbaycana birbaşa investisiyalarının həcmi 33,085 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 29,223 milyon dollar, yəni 8,6 dəfə artıb.

Məlumatlara görə, hesabat ilində İsveçdən Azərbaycana yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 0,5% təşkil edib.

2024-cü ildə İsveçdən Azərbaycana olan ümumi birbaşa investisiyalar 3,862 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar, yəni 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin göstəricisindən 765,4 milyon dollar, yəni 43,4% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti