...

İsrail parlamenti terrorizmə görə ölüm hökmünün tətbiq edilməsini təsdiqləyib

Dünya xəbərləri Materials 31 Mart 2026 01:14 (UTC +04:00)
İsrail parlamenti terrorizmə görə ölüm hökmünün tətbiq edilməsini təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend6

İsrail Knesseti (parlamenti) terrorçular üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir "X" sosial şəbəkəsində yazıb.

"Tarix yazıldı! Söz verdik - yerinə yetirdik. Terrorçular üçün ölüm hökmü İsrail Dövlətinin qanun kitabına əlavə edilib", - deyə o bildirib. İ.Ben-Qvir qanun layihəsini parlamentə təqdim edən ifrat sağçı "Otzma Yehudit" ("Yəhudi gücü") partiyasına rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti