...

Azərbaycan U-21 millisi Bolqarıstanla heç-heçə edib

İdman Materials 31 Mart 2026 22:08 (UTC +04:00)
Azərbaycan U-21 millisi Bolqarıstanla heç-heçə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Trend xəbər verir ki, B qrupunda mübarizə aparan yığma səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda baş tutan qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran millimiz turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, U-21 yığmamız qrupda növbəti oyununu sentyabrın 25-də doğma meydanda Çexiya millisinə qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti