...

İran parlamentinin Komitəsi Hörmüz boğazından keçid rüsumların tətbiqini təsdiqləyib

Dünya xəbərləri Materials 30 Mart 2026 22:50 (UTC +04:00)
İran parlamentinin Komitəsi Hörmüz boğazından keçid rüsumların tətbiqini təsdiqləyib

Bakı. Trend:

İran parlamentinin Daxili Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərə tarif tətbiq etmək planını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "Tasnim" agentliyi komitə üzvünə istinadən bildirib.

Məlumata əsasən, Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni plana həmçinin ABŞ, İsrail və ya əvvəllər İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyulması da daxildir. Rüsumların İran rialı ilə ödənilməli olduğu qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti