Bakı. Trend:
Fars körfəzi ölkələrinin hava hücumundan müdafiə qüvvələri İranın bir gündə atdığı təxminən 20 ballistik raket və 36 hücum dronunu vurublar.
Trend-in məlumarına görə, bu barədə ölkələrin müdafiə nazirliklər xəbər veriblər.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İranın 11 ballistik raketi və 27 PUA-sının ələ keçirildiyini və məhv edildiyini bildirib.
Bəhreyn hava hücumundan müdafiə qüvvələri səkkiz raket və yeddi hücum dronunu vurub. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi son bir neçə saat ərzində iki dronunun məhv edildiyini bildirib.
