...

Tramp aprelin 6-dək İranla razılığa gəlmək istəyir

Dünya xəbərləri Materials 31 Mart 2026 02:23 (UTC +04:00)
Tramp aprelin 6-dək İranla razılığa gəlmək istəyir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp aprelin 6-dək Tehranla razılığa gəlməyi hədəfləyir.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt Ağ Evdə keçirilən brifinq zamanı deyib.

"Prezident Truth Social-dakı paylaşımında 10 gün ərzində razılaşma əldə etmək istədiyini qeyd etdi. Vaxt azalır. Bir neçə gün qalıb. Qalan müddətdə nə olacağını görəcəyik", - deyə o bildirib.

Martın 26-da Tramp İranla danışıqların yaxşı getdiyini bildirib, ona görə də ABŞ İran elektrik stansiyalarına planlaşdırılan zərbələri aprelin 6-dək təxirə salmaq qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti