...

Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər

Dünya xəbərləri Materials 31 Mart 2026 01:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada martın 31-də müəllimlərin ümummilli tətili planlaşdırılır. Bir neçə həmkarlar ittifaqını birləşdirən qurumun çağırışı ilə keçiriləcək aksiya məktəblərdə 4000-dən çox iş yerinin ixtisarına və siniflərin bağlanmasına etiraz məqsədi daşıyır.

Trend-in məlumatına görə, həmkarlar ittifaqlarının əsas tələbləri iş yerlərinin ixtisarı və maliyyə resurslarının çatışmazlığı ilə bağlıdır. Onların fikrincə, müvafiq qərarlar siniflərin daha da sıxlaşmasına, müəllim çatışmazlığına və əlilliyi olan şagirdlərə dəstəyin zəifləməsinə gətirib çıxaracaq.

Hökumət isə bu addımları ölkədə şagirdlərin sayının azalması ilə əsaslandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti