...

ABŞ-nin "MQ-9 Reaper" PUA-sı İsfahan semasında vurulub - SEPAH

Dünya xəbərləri Materials 31 Mart 2026 00:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ istehsalı olan MQ-9 Reaper uzunmənzilli pilotsuz uçuş aparatı İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Trend-in məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbər verib.

Məlumata əsasən, uçuş aparatı İslam Respublikasının mərkəzi hissəsində yerləşən İsfahan şəhəri üzərindəki səmada vurulub.

"Bir neçə dəqiqə əvvəl İsfahan üzərində MQ-9 Reaper pilotsuz təyyarəsi ələ keçirilərək məhv edilib", - deyə açıqlamada qeyd edilib. Orada vurğulanıb ki, müasir Amerika pilotsuz uçuş aparatı "ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin nəzarəti altında olan SEPAH-ın yeni inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti