...

İrana qarşı əməliyyatın başlamasından bəri Aİ-də qaz qiymətləri 70% artıb

Dünya xəbərləri Materials 31 Mart 2026 21:08 (UTC +04:00)
İrana qarşı əməliyyatın başlamasından bəri Aİ-də qaz qiymətləri 70% artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ilə İsrailin İrana qarşı əməliyyatının başlamasından bəri Avropa İttifaqında (Aİ) qazın qiyməti 70%, neftin qiyməti isə 60% artıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissarı Dan Yorgensen Aİ enerji nazirlərinin təcili onlayn görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ resurs alışına əlavə 14 milyard avro xərcləyib, ona görə də Aİ yaşıl enerjiyə keçidi sürətləndirməlidir.

"Böhranın qısamüddətli olacağını düşünməməliyik, elə də olmayacaq. Mart ayının əvvəlindən bəri Avropada qazın qiyməti 70%, neftin qiyməti 60% artıb və əlavə enerji xərcləri 14 milyard avro təşkil edib. Regionun infrastrukturu dağıldığı üçün sabah İranla sülh müqaviləsi imzalansa belə, Avropada neft və qaz qiymətləri yaxın gələcəkdə əvvəlki səviyyələrinə qayıtmayacaq", - deyə o bildirib.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti