...

ABŞ Böyük Britaniyaya 12 ədəd "A-10" hücum təyyarəsi yerləşdirib

Dünya xəbərləri Materials 31 Mart 2026 06:15 (UTC +04:00)
ABŞ Böyük Britaniyaya 12 ədəd "A-10" hücum təyyarəsi yerləşdirib

Bakı. Trend:

Pentaqon Yaxın Şərqə göndərilmək üçün Böyük Britaniyadakı Leyknhit aviabazasına 12 ədəd "A-10 Thunderbolt II" hücum təyyarəsindən ibarət eskadrilya yerləşdirib.

Trend-in məlumatına görə, bu barədə "Military Air Tracking Alliance" resursu bildirib.

Məlumata əsasən, təyyarələr Nyu-Hempşirdəki "Piz" Milli Qvardiya aviabazasından geliblər. Onların transatlantik uçuşunu ABŞ tanker təyyarələri təmin edib.

Onların Yaxın Şərqdə yerləşdiriləcəyi dəqiq yer hələlik məlum deyil. Onların gəlişi ilə ABŞ bölgədəki bu döyüş təyyarələrinin sayını ikiqat artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti