Bakı. Trend:
İran hakimiyyəti müdriklik nümayiş etdirərsə, razılaşma əldə oluna bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə naziri Pit Heqset Pentaqonda keçirilən brifinq zamanı bildirib
“Artıq rejim dəyişikliyi baş verdiyi üçün – yeni rejim əvvəlkindən daha müdrik olmalıdır. Prezident Donald Trump razılaşmaya nail olacaq. O buna hazırdır və razılaşmanın şərtləri onlara məlumdur”, - deyə Pentaqon rəhbəri qeyd edib.
Heqset xəbərdarlıq edib ki, əgər İran razılaşma bağlamaq istəməsə, ABŞ daha intensiv hücumlara keçəcək.
“Son 24 saat ərzində İran tərəfindən buraxılan düşmən raketləri və dronlarının sayı ən aşağı səviyyədə olub”,- deyə o bildirib.
Brifqində Pentaqon rəhbəri eyni zamanda İrana qarşı aparılan əməliyyatın gedişini izləmək məqsədilə şənbə günü Yaxın Şərqdə yerləşən hərbi qüvvələrə baş çəkdiyini diqqətə çatdırıb.
ABŞ prezidenti Donald Trump öncəki bəyanatına qüvvət verən Heqset vurğulayıb ki, ABŞ və İsrailin rəhbərliyi hədəf alan zərbələri nəticəsində İranda rejim dəyişikliyi faktiki olaraq başa çatıb.
