...

Çində avtomobil tunelində partlayış olub, ölənlər var

Hadisə Materials 31 Mart 2026 06:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Tsuntsin şəhərində avtomobil tunelində baş verən partlayış nəticəsində dörd nəfər ölüb, doqquz nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə Enşi-Quanyuan magistral yolunda baş verib. İlkin məlumata görə, tunelin içərisində tezalışan qaz partlayışı baş verib.

Axtarış-xilasetmə əməliyyatı başa çatıb və hadisə yeri mühasirəyə alınıb. Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti