...

İsrail ordusu İordan çayının Qərb sahilində hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 31 Mart 2026 08:20 (UTC +04:00)
İsrail ordusu İordan çayının Qərb sahilində hərbi təlimlər keçirəcək

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı günü Yəhudeya və Samariyada (İordan çayının Qərb sahili) hərbi təlimlərə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Təlimin çərçivəsində ərazidə təhlükəsizlik qüvvələrinin aktiv hərəkəti baş tutacaq", - deyə qeyd edilib.

Eyni zamanda, İsrail hərbi qulluqçularının "yaşayış məntəqələrinə girməyi planlaşdırmadığı" bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti