Bakı. Trend:
Azərbaycanın fiskal siyasəti ümumilikdə iqtisadi artım üçün stimulları qoruyub saxlayır.
Bu barədə Trend Niderlandın "ING Group" şirkətinə istinadən məlumat verib.
"Gəlir baxımından, 2025-ci ildə büdcə gəlirləri əsasən yanacaq komponenti səbəbindən azalıb. Yanacaq gəlirləri ötən il neft qiymətlərinin aşağı düşməsi və ixrac həcmlərinin azalması səbəbindən dəyişkən olaraq qalır, yanacaq olmayan gəlirlər isə nisbətən sabit qalıb. Xərclər baxımından, artan sosial müavinətlər, artan müdafiə xərcləri və yüksək səviyyəli kapital xərcləri büdcə xərclərinin artımını dəstəkləməyə davam edir. Qonşu İrandakı müharibə müdafiə və təhlükəsizlik xərclərinin artması üçün əlavə risklər yaradır", - deyə ING-nin hesabatında bildirilib.
Şirkət qeyd edib ki, gəlir və xərclərə ikili təzyiq səbəbindən konsolidasiya edilmiş büdcə profisiti gözləniləndən daha sürətli şəkildə daralıb: 2024-cü ildə ÜDM-in 4,0%-dən 2025-ci ildə ÜDM-in 2,6%-nə və hazırda ÜDM-in təxminən 2,1%-nə.
"Dövlət büdcəsinin kəsiri ÜDM-in təxminən 7%-i səviyyəsində qalır, lakin əsasən yanacaq gəlirləri ilə kompensasiya olunur. Azərbaycanın fiskal zərərsizlik səviyyəsinin 10 illik diapazonda qalması vacibdir. 2025-ci ildə neftin hər barelinə düşən illik gəlirlərdə (lakin bura da suveren sərvət fondlarına qoyulan investisiyalardan əldə edilən gəlir də daxildir) əks olunan güclü fundamental göstəricilər, artan xərclərə baxmayaraq, neftin zərərsiz qiymətinin barelinə təxminən 59 dollar səviyyəsində sabit qalmasına kömək edib", - deyə hesabatda qeyd olunub.
