Bakı.Trend:
Naxçıvanda bəzi kənd və yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Bu barədə Trend-ə Azərişıq ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən məlumat verilib.
Bildirilib ki, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/10 kV-luq Kərimbəyli yarımstansiyasında planlı təmir işləri aparılacaq.
Aprelin 1-i saat 11:00-dan 14:00-dək təmir işləri ilə əlaqədar olaraq, Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq xətlər üzrə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Təmir işləri ilə bağlı 10 kV-luq Su kəməri, Kərimbəyli, Zeynəddin, Sirab kənd, Sirab zavod, Kosmos, Göynük və Quşçuluq hava elektrik verilişi xətlərində gərginlik olmayacaq.
Qeyd olunan xətlər vasitəsilə enerji ilə təmin olunan Dizə, Qaraqala, Kəlbəoruc Dizə, Kültəpə, Kərimbəyli, Sirab kənd, Sirab zavod, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfəli Dizə, Nəhəcir, Göynük, Yarımca, Badaşqan və Hacıvar kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq. Sakinlərdən yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.
