...

Paşinyana hücum cəhdi ilə bağlı 3 nəfər həbs olunub

Dünya xəbərləri Materials 31 Mart 2026 14:47 (UTC +04:00)
Paşinyana hücum cəhdi ilə bağlı 3 nəfər həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda Müqəddəs Anna kilsəsində ölkənin Baş naziri Nikol Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfər barəsində cinayət işi açılıb.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyanın bildirdiyinə görə, ilkin istintaq çərçivəsində bir nəfərə xuliqanlıq və vəzifəli şəxsin qanuni xidmət və ya siyasi fəaliyyətinə müdaxilə ittihamı irəli sürülüb, ikinci vətəndaşa xuliqanlığa və vəzifəli şəxsin qanuni xidmət və ya siyasi fəaliyyətinə müdaxiləyə kömək etmək, digər şəxsə isə xuliqanlıq və vəzifəli şəxsin qanuni xidmət və ya siyasi fəaliyyətinə müdaxilə təşkil etmək ittihamı verilib.

Qeyd edək ki, Ermənista KİV-in məlumatına görə, insident martın 29-da Müqəddəs Anna kilsəsində liturgiya zamanı baş verib. Ermənistanın Baş naziri Nikol Paşinyan cangüdənləri ilə çıxışa doğru gedərkən iştirakçılardan biri ona yaxınlaşmağa çalışaraq “mənə elə baxma!” ifadəsini səsləndirib. Arxadan ikinci şəxs Paşinyana zərbə endirməyə cəhd edib. Cangüdənlərin həmin şəxsləri uzaqlaşdırmaq cəhdlərinə Paşinyan “sakitləşin” deyə cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti