...

Azərbaycandan Almaniyaya pul köçürmələri artıb

İqtisadiyyat Materials 31 Mart 2026 17:17 (UTC +04:00)
Azərbaycandan Almaniyaya pul köçürmələri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Almaniyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 23,927 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 204 min ABŞ dolları və ya 0,8% azdır.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Almaniyanın payı 2% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 24,413 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 5% artım deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Almaniyanın payı 4,8% təşkil edib.

2024-cü ildə Azərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 23,259 milyon ABŞ dolları, əks istiqamətdə isə 24,131 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti