...

AYİB-in manatla buraxdığı istiqrazlara görə növbəti kupon ödənişi həyata keçiriləcək

İqtisadiyyat Materials 31 Mart 2026 17:03 (UTC +04:00)
AYİB-in manatla buraxdığı istiqrazlara görə növbəti kupon ödənişi həyata keçiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən aprelin 1-də Avropa Yenidənqurma və İnkişaf Bankının buraxdığı, dəyişən faizli (floating rate) və AZİR-ə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsaslanan istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.

Trend bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 586,22 (bir min beş yüz səksən altı manat 22 qəpik) manat təşkil edir.

Qeyd edək ki, nominal dəyəri 100 000 manat olan, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazların yerləşdirilməsi ötən ilin oktyabrın 1-də uğurla baş tutub.

Əlavə edək ki, prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti