...

ETX məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini davam etdirir (FOTO)

Gündəm Materials 31 Mart 2026 16:25 (UTC +04:00)
ETX məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini davam etdirir (FOTO)

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsiz davranış prinsipləri barədə maarifləndirilməsini davam etdirir.

Trend xəbər verir ki, təkcə cari ilin mart ayı ərzində “Ankara Məktəbi” məktəb-lisey, 263 və 164 nömrəli tam orta məktəblər, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, eləcə də Dünya Məktəbində təşkil olunan maarifləndirmə tədbirlərində 300-ə yaxın şagird iştirak edib.

Elm və Təhsil Nazirliyi, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən görüşlərdə ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan təhlükəsiz istifadə” mövzularında təqdimatlarla çıxış ediblər. Tədbirlərdə şagirdlərə real nümunələr əsasında kibertəhlükələrdən qorunma üsulları izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu cür maarifləndirmə tədbirləri məktəblilərin rəqəmsal savadlılığının artırılması və təhlükəsiz internet mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ETX tərəfindən belə tədbirlərin növbəti dövrlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti