...

İsrail Livanın cənubunda çox sayda döyüşçünü zərərsizləşdirib (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 31 Mart 2026 11:47 (UTC +04:00)
İsrail Livanın cənubunda çox sayda döyüşçünü zərərsizləşdirib (FOTO/VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son sutka ərzində Livanın cənub bölgəsində pusqu qurmağı planlaşdırdığı müəyyən edilən onlarla silahlı məhv edilib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) mətbuat xidməti rəsmi "X" səhifəsində məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun 36-cı diviziyasının qüvvələri Cənubi Livanda terror infrastrukturunu məhv etməyə və silah-sursatları aşkar etməyə davam edir.

7-ci briqada və “Qolani” briqadasının qüvvələri artıq bir neçə həftədir ki, 36-cı diviziyanın komandanlığı altında Cənubi Livanda fəaliyyət göstərir.

Ötən gün keçirilən əməliyyatda silahlılardan biri RPQ qumbaraatanı ilə silahlanmış vəziyyətdə qüvvələrə atəş açmağa hazırlaşarkən aşkar olunub və atəş açmazdan əvvəl zərərsizləşdirilib.

Qüvvələr çoxsaylı silah-sursat ehtiyatlarının aşkar edildiyi anbarları, komanda məntəqələrini, bunkerləri və İsrail ərazisinə atəş açmaq üçün istifadə olunan buraxılış qurğusunu məhv edib. Aşkar edilən silahlar arasında hərbi jiletlər, dəbilqələr və sursatlı RPQ silahları da olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti