...

Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq

İdman Materials 31 Mart 2026 10:05 (UTC +04:00)
Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Trend xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun komandası səfərdə Bolqarıstanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, 6 turdan sonra 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan Azərbaycan millisi 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan isə 4-cü yerdədir.

31 mart

Avro-2027
Seçmə mərhələ

20:00.Bolqarıstan U-21 - Azərbaycan U-21
Baş hakim: Denis Şurman (Ukrayna)
Xristo Botev satdionu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti