...

Qazaxıstan nümayəndə heyəti WUF13-də yüksək səviyyədə iştirak edəcək - Səfir

Siyasət Materials 31 Mart 2026 10:24 (UTC +04:00)
Qazaxıstan nümayəndə heyəti WUF13-də yüksək səviyyədə iştirak edəcək - Səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın nümayəndə heyəti Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) yüksək səviyyədə iştirak edəcək.

Bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel Bakıda “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təşkil olunan təcrübə proqramının açılışı çərçivəsində Trend-in sualını cavablandırarkən bildirib.

Diplomat qeyd edib ki, Qazaxıstan may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında yüksək səviyyədə iştirak etməyi planlaşdırır.

Xatırladaq ki, WUF13 Bakıda 17–22 may 2026-cı il tarixlərində keçiriləcək. Forum BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan hökuməti arasında əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Tədbir müxtəlif ölkələrdən hökumətlərin, bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclər və akademik dairələrin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti