...

Bayram günlərində baş verən hadisələr zamanı 13 nəfər həyatını itirib - FHN

Hadisə Materials 31 Mart 2026 10:18 (UTC +04:00)
Bayram günlərində baş verən hadisələr zamanı 13 nəfər həyatını itirib - FHN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, 5 avtonəqliyyat qəzası, 3 partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Trend-ə Fövqəladə hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti