...

İran İsrailin mərkəzinə ballistik raketlərlə hücum edib

Dünya xəbərləri Materials 31 Mart 2026 12:24 (UTC +04:00)
İran İsrailin mərkəzinə ballistik raketlərlə hücum edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrailin mərkəzi bölgəsini növbəti dəfə ballistik raketlərlə hücum edib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Təhlükə zonasında olan yaşayış məntəqələrində həyəcan təbilləri çalınıb.

Bundan bir neçə saat əvvəl də İran İsrailin mərkəzi bölgəsini ballistik raketlərlə hədəfə almışdı.

“Times of Israel”in məlumatına görə, həmin zərbələr nəticəsində azı 8 nəfər yüngül dərəcəli xəsarətlər alıb. Hücumlarda kassetli raket başlıqlarından istifadə olunduğu bildirilir.

Zərbələrin Bney Brak, Ramant Qan və Petah Tikvada müəyyən dağıntılara səbəb olub, ərazidəki bir neçə avtomobil yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti