...

Gürcüstan Rusiya neftindən imtina edir

Dünya xəbərləri Materials 31 Mart 2026 12:08 (UTC +04:00)
Gürcüstan Rusiya neftindən imtina edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda yeganə neft emalı zavodu olan Kulevi limanındakı müəssisə (Kulevi Oil Refinery) Rusiya neftinin qəbulunu və istifadəsini dayandırır.

Trend xəbər verir ki, bu barədə müəssisəni idarə edən “Black Sea Petroleum” şirkətinin baş direktoru David Potsxveriya bildirib.

Onun sözlərinə görə, şirkət Rusiya neftini Türkmənistan və Qazaxıstandan tədarük olunan xammalla, eləcə də digər alternativ mənbələrlə əvəz etməyi planlaşdırır.

“Məqsədimiz mövcud Rusiya neftini tamamilə əvəz etməkdir”, – deyə o qeyd edib.

Bu açıqlama Qara dəniz sahilində yerləşən Kulevi neft terminalının Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə az qala Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsindən sonra səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti