...

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilib

Siyasət Materials 31 Mart 2026 12:42 (UTC +04:00)
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da öz əksini tapmış məlumatların müasir proqramlardan istifadə əsasında qiymətləndirilməsi və iqlim təsirlərinin proqnoz edilməsi, su mənbələrinin elektron geomodelləşdirilməsi, ekosistem (çay, göl, təbii və süni sututarlar) üzrə suya tələbatın müəyyənləşdirilməsi, iqlim amilləri nəzərə alınmaqla su ehtiyatlarının qiymətləndirilməsi tədbirləri üzrə əsas icraçı qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər içraçı qurum isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti