Bakı.Trend:
Bayram günlərində ölkə ərazisində baş verən qəzaların səbəblərini açıqlanıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata əsasən, bayram günlərində yağışlı hava şəraitində paytaxt yollarında qəzaların baş verməsinə səbəb sürət həddinin düzgün seçilməməsi, ara məsafəsinin hava və yol şəraitinə uyğun saxlanılmaması, manevretmə qaydalarının pozulması olub.
"Sürücülər bilməlidirlər ki, qaydalara səthi yanaşdıqda nəticəsi bu videodakı kimi ola bilər.
Maddi zərər, yollarda itirilən vaxt və yaranan nəqliyyat sıxlığı. Bəzi sürücülərin qaydalara əməl etməməsi nəticəsində elə onların özləri belə vəziyyətlə qarşılaşırlar. Bayram günlərində yağışlı havalarda qeydə alınan bu hadisələrin də baş vermə səbəbləri eynidir",- NİİM-dən bildirilib.
