...

Bu ölkədə kiçik avtomobil ölçüsündə dron hazırlanır

Dünya xəbərləri Materials 31 Mart 2026 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın avtomobil istehsalçısı olan “Renault” hərbi və mülki məqsədlərdən ötrü istifadə üçün nəzərdə tutulan dronla bağlı yeni layihə üzərində işlədiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hazırda inkişaf mərhələsində olan bu prototipin iyun ayında keçiriləcək “Eurosatory” sərgisində təqdim olunacağı ehtimal edilir.

Müdafiə sənayesində artan fəallıq fonunda ortaya çıxan bu təşəbbüs “John Cockerill” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu şirkət həm də hərbi nəqliyyat vasitələrinin istehsalçısı olan “Arquus”un sahibidir.

Şirkətin məlumatına görə, tədqiqat və inkişaf komandaları müxtəlif variantları, eləcə də yerüstü robotları sınaqdan keçirirlər. Bu texnologiyaların yalnız hərbi deyil, həm də mülki sahələrdə tətbiq potensialının olduğu vurğulanır. Layihə hələlik “eksperimental tədqiqat mərhələsindədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti