...

Finlandiya Azərbaycan iqtisadiyyatına investisiyaların həcmini artırıb

İqtisadiyyat Materials 31 Mart 2026 20:20 (UTC +04:00)
Finlandiya Azərbaycan iqtisadiyyatına investisiyaların həcmini artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Finlandiyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 30,364 milyon ABŞ dolları təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin göstəriciləri ilə müqayisədə 27,744 milyon dollar və ya 11,6 dəfə artıb.

Məlumata əsasən, hesabat ilində Finlandiyadan daxil olan investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,5% təşkil edib.

2024-cü ildə Finlandiyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 2,620 milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar, yəni 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin göstəricisindən 765,4 milyon dollar, yəni 43,4% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti