...

Rusiya danışıqları imitasiya edir - Kallas

Dünya xəbərləri Materials 31 Mart 2026 16:51 (UTC +04:00)
Rusiya danışıqları imitasiya edir - Kallas
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya qəti şəkildə sülhə qarşı çıxır və danışıqların imitiasiyasını yaradır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu sərt ittihamlarla Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas “Ukrinform” agentliyinə verdiyi müsahibədə çıxış edib.

“Rusiya qəti şəkildə sülhə qarşı çıxır. Biz görürük ki, ruslar bir şey deyir, amma əslində Ukraynanı bombalayır və atəşkəsə razılaşmırlar, halbuki Ukrayna hələ bir il əvvəl qeyd-şərtsiz atəşkəsə razılıq verib. Biz onları elə bir vəziyyətə düşməyə məcbur etməliyik ki, öz hesablamalarını dəyişsinlər və danışıqların imitasiyasından müharibənin dayandırılması ilə bağlı razılaşmalara keçsinlər. Əfsuslar olsun ki, biz hələ o məqama çatmamışıq”, – Kallas bildirib.

Qeyd edək ki, martın 30-da Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib ki, sülh danışıqları dalana dirənməyib və indi top həm meydanın həm ABŞ-yə, həm də Rusiyaya aid olan tərəfindədir.

Zelenski həmçinin, Ukraynanı uduzan tərəf hesab etməkdən imtina edib və Kiyevin təslim olmayacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti