Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Amerik Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 78,2 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 25,5 milyon ABŞ dolları və ya 24,6% azdır.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,25%-i həcmində olub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan ABŞ-yə 16 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 milyon ABŞ dolları və ya təqribən 1,6 dəfə çoxdur.
Dövr ərzində Azərbaycandan ABŞ-yə ixrac əməliyyatlarının 13,4 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında ABŞ 14,37% payla 9-cu yerdə qərarlaşıb. ABŞ-yə qeyri-neft məhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici ilə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 30,9% artıb.
Hesabat dövründə Azərbaycan Amerik Birləşmiş Ştatlarından 62,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon ABŞ dolları və ya 33,4% azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və ya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.
